Hadisə

Xudatda baş verən ağır yol qəzası: yaralananların adları bilindi – YENİLƏNİB

Xudatda “Opel” markalı avtomobillə “Mercedes” markalı minik maşını toqquşub.

Kanal15.Tv “Report”a istinadən bildirir ki, toqquşma nəticəsində hər iki avtomobil dərəyə yuvarlanıb.
Qəza zamanı 5 nəfər yaralanıb. Bunlar Qusar sakinləri – 1991-ci il təvəllüdlü Cərullayev Tarıyel Muxtadır oğlu və Hacıverdiyev Elşən Rövşən oğlu, həmçinin 1995-ci il təvəllüdlü Səfərəliyev Seymur Zöhrab oğlu, 1991-ci il təvəllüdlü Tağıyev Surxay Valeh oğlu və Xaçmaz sakini 1983-cü il təvəllüdlü Mirzəyev Azər Əbülfəz oğludur. Yaralılardan 4-ü Xudat, 1-i isə Xaçmaz rayon xəstəxanalarına yerləşdirilib. Xudat xəstəxanasında yaralılar arasında Seymur Səfərəliyev və Xaçmazda Reanimasiyaya yerləşdirilən Elşən Hacıverdiyevin vəziyyəti olduqca ağır qiymətləndirilir.
Yaralılardan biri Xaçmaz rayon Polis şöbəsinin Yalama Polis bölməsinin Növbətçi hissəsinin əməkdaşı, 1983-cü il təvəllüdlü Xaçmaz sakini Azər Mirzəyevdir.

00:14

Xudat-Susay yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Kanal15.Tv “Report”a istinadən bildirir ki,qəza hazırda markası bilinməyən avtomobilin dərəyə yuvarlanması nəticəsində qeydə alınıb.
Yaralılar “təcili yardım” maşınları ilə Xudat və Xaçmaz xəstəxanalarına aparılıblar. Onlardan biri – Qusar rayonu, 1991-ci il təvəllüdlü Əniqoba kənd sakini Hacıverdiyev Elşən Rövşən oğlu ağır açıq kəllə-beyin travması, baş beyinin əzilməsi, sağ tərəfdən qabırğaların sınığı, boyun fəqərələrinin sınığı diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına qəbul olunub. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Şərh

Şərh

To Top