Maraqlı

Yetkinlik dövründə edilən bu səhv görün nə ilə nəticələnir?

Mobil telefonun işığı boyun uzanmasına təsir edir.

Məlumata görə, Türkiyə Neyrocərrahiyə Dərnəyi Spinal və Preferik Sinir Cərrahiyyəsi Qrupu Başçısı Professor Kadir Kotil apardığı araşdırma nəticəsində bu qənaətə gəlib.

O, xüsusilə yetkinlik dövründə mobil telefonu işığının daha zərərli olduğunu vurğulayıb: “Bir yeniyetmənin yatağında telefon işığı ilə yatması qədər təhlükəli heç nə ola bilməz. Bu cür işıqlı mühitdə qalmaq uşağın boyunun qısa qalmasına, beynin daha az inkişaf etməsinə səbəb olur”.

Mobil telefonların zərərlərindən danışan K.Kotil uzun müddət onunla məşğul olmanın insan səhhətində hansı problemlərə yol açdığına da aydınlıq gətirib:

“Başımız bağlı bir orqan kimi görünür, amma elə deyil. Başımızın içindəki beyin çölə iki yolla açılır. Bunlardan biri gözdür. Ona görə də yetkinlik yaşında uşaqların yataqda uzanarkən yanında telefon olması çox təhlükəlidir. Çünki böyümək üçün melatonin hormonuna ehtiyacımız var. Beynimiz bu hormonu ancaq qaranlıqda ifraz edir. Yəni böyümək üçün qaranlıqda qalmaq şərtdir. Ancaq gecə 2-3-ə qədər otaqda telefon işığı olarsa, qaranlıq mühit yaranmarsa, uşaq necə böyüyər?”.

K.Kotil melatonin hormonunun həm də xərçəngdən qoruduğunu da bildirib.

(publika.az)

Şərh

Şərh

To Top