DÜNYA

Abdullah Gülün məsləhətçisi haqda həbs qərarı verildi

FETO istintaqı daxilində nəzarətə alındıqdan sonra məhkəmə nəzarət şərti ilə sərbəst buraxılan, 11-ci prezidenti Abdulla Gülün məsləhətçisi Ayşe Yılmaz haqqında həbs qərarı çıxarılıb.

Ankara prokurorluğunda həyata keçirilən istintaq daxilində nəzarətə alınan Yılmaz daha sonra ədliyyəyə gətirilib və məhkəmə nəzarət şərti ilə onu sərbəst buraxıb.

Ankara 3-cü mülki məhkəmədə istintaq edilən  Yılmaz ona qarşı irəli sürülən ittihamları qəbul etməyərək, Bank Asiyada hesabı olduğunu, bir qardaşının FETO istintaqı daxilində həbs olunduğunu, bir qardaşının da vəzifəsindən ixrac edildiyini ifadə edib.

Yılmaz 1997-ci ildən 11-ci prezidenti Abdulla Gülün müşaviri olduğunu və hələ də bu vəzifəsinə davam etdiyini bildirib. Yılmaz, məhkəmədəki ifadəsinin ardından sərbəst buraxılıb.

Bunun üzərinə istintaqı icra edən respublika prokuroru Yılmazın sərbəst buraxılmasına etiraz edib. Etirazı qiymətləndirən Ankara 4-cü məhkəməsi etirazın yerində olduğunu qiymətləndirərək, Yılmaz haqqında həbsə almaq qərarı verib.

Musavat.com

Şərh

Şərh

To Top