DÜNYA

Başları bitişik əkizlər bir-birindən ayrıldı (FOTOLAR)

ABŞ-da başları bitişik siyam əkizləri 11 saat davam edən əməliyyat nəticəsində bir-birindən ayrılıb.

“Qaynarinfo” xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da 10 ay əvvəl dünyaya gələn başları bitişik Erin və Abbi Delaney əkizlərinin əməliyyatı Filadelfiyada həyata keçirilib. Və əməliyyat uğurlu olub.

Qeyd edək ki, əkizlər Filadelfiya uşaq xəstəxanasında son 60 ildə bir-birindən ayrılan 23-cü, başları bir-birindən ayrılan isə ilk əkizlərdir.

 

Şərh

Şərh

To Top