Hadisə

Cəlilabadda pornoqrafik videolar satan şəxslər tutuldu – FOTOLAR

Azərbaycanda pornoqrafik videoların satışı ilə məşğul olan şəxslər iş başında tutuldu.

Kanal15.tv xəbər verir ki, hadisə Cəlilabad rayonunda qeydə alınıb. Cəlilabad rayon Polis şöbəsinə pornoqrafik videoların satışı ilə məşğul olan şəxslər barədə məlumat daxil olub. Rayon polis əməkdaşları həmin məlumat əsasında əməliyyata başlayıb.

Məlum olub ki, rayonun Təbriz küçəsində yerləşən internet klubunun işçiləri olan Cavid Nəzərov və Hamil Xəlilov  internet vasitəsilə əldə etdikləri pornoqrafik videoları yaddaş kartlarına yükləyib azyaşlılara satırmışlar.

Hazırda faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır.

Mənbə: ARB tv

Şərh

Şərh

To Top