Bölgələr

Nazir Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovtərəfindən iyun 20-də Cəlilabad şəhərində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Kanal15.Tv-yə verilən məlumata görə, qəbulda Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız FHN-in səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 19 iyun 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Şərh

Şərh

To Top