DÜNYA

Rusiya Bağdadini öldürdü? – RƏSMİ AÇIQLAMA

Rusiya Müdafiə Nazirliyi mayın 28-də Rusiya Hərbi-Hava Qüvvələrinin zərbələri nəticəsində İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin mümkün məhvi haqqında məlumatları yoxlayır.

Bu haqda “RİA-Novosti” agentliyi idarənin mətbuat xidməti bildirib.

“Məlumatlara görə, hava zərbələri ilə vurulan müşavirədə İŞİD lideri Əbubəkr əl-Bağdadi də iştirak edirdi. İnformasiya müxtəlif kanallar üzrə yoxlanılır”, – idarənin xəbərində deyilir.

Müdafiə Nazirliyindən bildiriblər ki, Rakka yaxınlığında hava hücumu nəticəsində İŞİD-in “hərbi şura”sına daxil olan 30 səhra komandiri və onların 300-ə qədər şəxsi mühafizəçisi məhv edilib.

(publika.az)

Şərh

Şərh

To Top