Maraqlı

16 milyon amerikalının cahilliyi dünyanı ŞOK etdi

ABŞ-ın Süd Məhsulları İnnovasiya Mərkəzi tərəfindən aparılan araşdırmanın nəticələri dünya mediasını şoka salıb.

Mərkəz tərəfindən Amerikanın 50 şatatında maraqlı araşdırma aparılıb. 16 milyon amerikalı “Şokaldlı süd necə hazırlanır” sualına inanılmaz cavablar verib.

16 milyon amerikalının böyük bir hissəsi şokaldlı südün qəhvəyi rəngli inəklərdən sağılaraq qutulara doldurulub marketlərdə satıldlğına inandığını deyib. Onlar buna ciddi-ciddi inanırlar.

ABŞ-ın Süd Məhsulları İnnovasiya Mərkəzinin apardığı son araşdırma dünya mediasını bir-birinə qatıb. Geniş müzakirələrə səbəb olan sorğunun nəticələri insanları çaşdırıb.

ABŞ-ın 50 ştatında keçirilən sorğunun səbəbi əhalinin süd məhsulları barədə biliklərini və onlardan necə istifadə etdiklərini öyrənmək olub.

Əhalinin 48%-i bu suala “bilmirəm”, geridə qalanı isə “qəhvəyi inəklərdən sağılan süd şokaladlı olur” deyə cavab verib.

Sorğuda iştirak edənlərin sadəcə 45%-i suala şokaladlı südün süd, kakao və şəkərin qarışığından əldə olunduğunu deyib.

Nəticələrdən məyus qalan araşdırmaçılar xüsusilə şəhərlərdə yaşayan bir çox amerikalının kənd təsərrüfatı mövzusunda tamamilə cahil olduğu qənaətindədirlər: “Ərzaqları yalnız market rəflərində gördükləri üçün proseslərdən, kənd təsərrüfatı məhsullarının necə əldə olunduğundan xəbərsiz qalırlar”.

Sorğu nəticələri günlərcə sosial mediada müzakirə edilərək zarafatlara səbəb olub. Ən çox edilən zarafat isə “Milkshake” əldə etmək üçün inəkləri silkələmək lazımdır,ya yox?” olub.

(Publika.az)

Şərh

Şərh

To Top