Cəmiyyət

Azərbaycanda faciə: uşaq öldü, anasının vəziyyəti ağırdır

Daxili İşlər Nazirliyi Biləsuvarda azyaşlının ölümü ilə nəticələnən yanğın haqqında məlumat yayıb. 

Kanal15.Tv DİN-ə istinadən xəbər verir ki, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N.Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər.

Uşaq orada ölüb, G.Məmiyevanın vəziyyəti orta-ağırdır.

Araşdırma aparılır.

Şərh

Şərh

To Top