Qarabağ

Cəbhədə atəşkəsi pozan erməni hərbçilər öldürüldü – VİDEO

Azərbaycan Ordusunun cəbhədə atəşkəs rejiminin pozulmasına cavab olaraq açdığı atəş nəticəsində 5 erməni əsgəri öldürülüb.

Dağlıq Qarabağda öldürülən əsgərlər  Araik Matinyan, Viqen Petrosyan, Vardan Sarqsyan, Myasnik Ovanisyan və Vardan Harutyunyandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “Düşmən tərəfi rəsmi açıqladığı kimi, 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri – Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də, dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib”.

“Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.

Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir”, – deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Ermənistan 3 əsgərinin öldüyünü və 2 əsgərinin isə yaralandığını təsdiqləmişdi.

Şərh

Şərh

To Top