DÜNYA

London faciəsində ölənlərin sayı artmaqda davam edir – 79

Kanal15.tv xəbər verir ki, Londonda yaşayış binalarının birində baş verən yanğın nəticəsində dünyasını dəyişənlərin sayı artıb.
Rəsmi məlumatlara görə, ölənlərin sayı 79 nəfərə çatıb. Bu barədə London rəsmiləri mətbuata verdiyi açıqlamada danışıblar.
Qeyd edək ki, yanğın baş verən 24 mərtəbəli yaşayış binasında 120 ev, 600 sakin olub. Bir çoxları itkin düşdüyü üçün və binada aparılan axtarış işləri başa çatmadığı üçün ölənlərin sayı arta bilər.

Şərh

Şərh

To Top