Cəmiyyət

Yol polisi müğənni Nigar Camalın sosial şəbəkədə yazdığı statusla bağlı araşdırmaya başlayıb

Yol polisi müğənni Nigar Camalın sosial şəbəkədə paylaşması ilə bağlı araşdırmaya başlayıb.

 

Kanal15.tv xəbər veir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, iyunun 18-də tanınmış müğənni Nigar Camalın şəxsi “facebook” hesabında yol polisi ilə bağlı paylaşdığı ifadələrlə əlaqədar araşdırma aparılması üçün iki gün ərzində onunla əlaqə saxlamaq cəhdləri baş tutmayıb: “Müğənni iddia etdiyi vəziyyətlə bağlı araşdırılma aparılması və həqiqətin üzə çıxması üçün ilk növbədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət etməli olduğu halda, status paylaşmasını dərin təəssüf hissi ilə qarşılayırıq. Eyni zamanda, qeyd etmək istəyirik ki, statusda təsvir olunan hadisənin harada, nə zaman baş verdiyi, ona qarşı hansı əməkdaş tərəfindən kobudluq edildiyi barədə dəqiq informasiya olmadığına görə,  bizə ətraflı məlumat verməsi lazımdır.

 

İstənilən vətəndaş, o cümlədən Nigar Camal üzləşdiyi hər hansı qanun pozuntusu ilə bağlı bizi məlumatlandıra bilər və böyük məmnuniyyətlə onları dinləməyə, zəruri tədbirlər görməyə hazırıq. O ki qaldı müğənninin yol polisi haqqında kobud ifadə işlətməsinə, hesab edirik, bu, düzgün və inandırıcı deyil”.

 

Qeyd edək ki, N. Camal statusunda yol polisi əməkdaşlarını tərəfindən dəfələrlə əsassız yerə saxlanıldığını yazıb, onların ünvanına kobud ifadə işlədib.

Şərh

Şərh

To Top