DÜNYA

Bundan sonra burada dəfn mərasimlərini robotlar idarə edəcək

Yaponiyada dəfn mərasimləri robotların müşayiəti ilə həyata keçiriləcək.

Kanal15.tv xarici KİV-ə istinadən xəbər verir ki, “Pepper” adlı robot dəfn mərasimlərinin idarə olunması üçün ərsəyə gətirilib.

Məlumatda deyilir ki, Yaponiyanın ucqar yaşayış məntəqələrində din xadimlərinin azlığı bu robotların düzəldilməsinə səbəb olub.

Məlumatda o da vurğulanır ki, dəfn mərasimləri zamanı robotlar vasitəsilə həyata keçirilən iş prosesi zaman müddətinə də qənaət etmiş olacaq.

Qeyd edək ki, Nissei Eco şirkətinin istehsalı olan “Pepper” robotlarının bir günlük kirayələnməsi 2194 dollara başa gələcək.

Şərh

Şərh

To Top