DÜNYA

Erməni əsgərləri ac, zabitlər isə kef məclislərində – ERMƏNİ ORDUSUNDA ACINACAQLI VƏZİYYƏT

Ermənistan ordusunda hərc-mərclik, əxlaqsızlıq davam edir.

Kanal15.tv “Ölkə.Az”a istinadən xəbər verir ki, artıq bu hal kütləviləşdiyi üçün sosial şəbəkələrdə ermənilər bu barədə geniş yazılar verirlər. Bu informasiyanı oxucularımızla bölüşürük.

Erməni istifadəçilərinin sosial şəbəkələrdə paylaşdığı yazılara əsasən, təmas xəttində vəziyyət qərgin olaraq qalır və demək olar ki, hər gün zabitlərin xidmətə məsuliyyətsiz yanaşmalarına görə erməni əsgərləri ya özlərinə qəsd edir, ya da öldürülür. Belə bir zamanda ER SQ-nin qeneraliteti, eləcə də, müdafiə ordusunun komandir heyəti, tikintisi hazırkı BQ rəisi generel-leytenant Movses Hakobyan tərəfindən sifariş verilmiş «Omeqa» istirahət mərkəzində içki məclisləri təşkil edərək öz keflərindən qalmırlar.

«Omeqa» istirahət mərkəzi Dağlıq Qarabağın Tonaşen yaşayış məntəqəsinin yaxınlığında, 7-ci müdafiə rayonunun ərazisində yerləşir. İstirahət mərkəzinin hərbi hissənin ərazisində yerləşməsi və mülki şəxslərə girişinin qadağan olması müdafiə ordusunun komandir heyəti üçün əlverişli imkan yaradır. Belə ki, hərbi hissənin təminatı üçün ayrılan pulların hesabına komandir heyətinin mütəmadi olaraq Moldova və Ukraynadan qızlar dəvət etdiyi və həmin istirahət mərkəzində kef məclisləri qurduqları bildirilir. Bütün bu hadisələr, çox pis şəraitdə xidmət edən və ərzaq çatışmazlığı yaşayan kasıb erməni ailələrindən çıxmış əsgərlərin gözü önündə baş verir.

“Facebook” sosial şəbəkəsində paylaşılmış yazıda, qeyd edilmişdir ki, ER MN-nin və ER SQ-nin Baş Qərargahının yüksək rütbəli zabitlərindən ibarət heyətləri Dağlıq Qarabağa etdikləri səfər zamanı öz ehtiraslarını qarşılamaq məqsədilə mütləq həmin istirahət mərkəzinə baş çəkirlər. Xüsusilə, hərbi hissə komandirləri tərəfindən inspeksiyaya gəlmiş heyətdən məqbul qiymətlərin alınması məqsədilə «Omeqa»-da əvvəlcədən bütün şərait hazırlanır və yoxlama heyətinin ehtiraslarının qarşılanması üçün fahişələr dəvət edilir.

Əsasən, ER MN-nin, ER SQ-nin baş qərargah rəisinin və digər yüksək vəzifəli generalların mərkəzə səfəri zamanı, baş verən əxlaqsızlıqları və biabırçılığı gizlətmək məqsədilə digər hərbi qulluqçuların giriş-çıxışları tam olaraq məhdudlaşdırılır. “Facebook” istifadəçisi baş verən proselərdən xəbərdar olmasını, yüksək rütbəli zabitlərin səfəri zamanı məclisin hazırlanmasına və qulluq etməsinə cəlb edilmiş əsgərlərin üstündə nəzarətçi qismində olması ilə açıqlamışdır. Belə ki, məclislərin hazırlanması zamanı komandir heyəti həyasızcasına əsgərlərin təminatı üçün nəzərdə tutulan ərzağı hərbi təyinatlı avtomobillər vasitəsilə isitrahət mərkəzinə çatdırır və bütün yeməklər bu ərzaqdan hazırlanır.

Habelə paylaşılmış yazıda komandirlərə və fahişələrə qulluq göstərilməsi məqsədilə bir sıra hərbi qulluqçuların döyüş növbəsindən çıxarıldıqları bildirilmişdir. Yazını paylaşan istifadəçinin sözlərinə görə, demək olar ki, hər kef məclisində komandirlər sərxoş olduqdan sonra, fahişələr qarşısında erməni əsgərlərini müxtəlif komandaların icra edilməsini tələb edərək alçaldırlar.

“Facebook” istifadəçisi, öz səhifəsində müdafiə ordusunda mövcud xaos vəziyyətinə dair öz fikirlərini paylaşaraq qeyd edir ki, hazırda o öz silah yoldaşları ilə əlaqə saxlayır və hər gün günahsız əsgərlərin döyüş postlarında ölümünə, eləcə də təmas xəttində duran hərbi hissələrin ərzaqla təminatının çatışmazlığına baxmayaraq, «Omeqa» istirahət mərkəzi fəaliyyətinə davam edir və bu əxlaqsızlıq yuvasında keçirilən kef məclisləri gedərək artır.

Fakt üçün həmin istifadəçi bildirmişdir ki, artıq dünən yüksək rütbəli zabitlərdən ibarət 18 nəfərlik bir qrup üçün yeni sifarişlər verilmiş və məclisin keçirilməsinə müvafiq hazırlıq işləri görülmüşdür.

Şərh

Şərh

To Top