DÜNYA

“İmam Zaman” məscidində terror aktı olub – 30 nəfər ölüb

Əfqanıstanda növbəti terror aktı törədilib.

Kanal15.tv xarici KİV-ə istinadən xəbər verir ki, terror hadisəsi paytaxt Kabildə yerləşən müsəlmanların məscidində baş verib.

Şiələrin məscidi kimi tanınan “İmam Zaman” adlı məsciddə dindarlar ibadət edən zaman bir nəfər özünü partladıb. Daha sonra əli silahlı digər şəxslər dindarlara qarşı atəş açmağa başlayıblar.

Terror hadisəsi nəticəsində azı 30 nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarldan 3-nü zərərziləşdirib.

Şərh

Şərh

To Top