DÜNYA

Tehran sakini öz ailə üzvlərini öldürərək intihar edib

İran paytaxtında ağır cinayət törədilib. Hadisə paytaxtın Yaxçal deyilən ərazisində baş verib. Qırx yaşlı kişi öncə anasını və atasını qətlə yetirib, sonra öz evinə gedərək 37 yaşlı həyat yoldaşını və 11 yaşlı oğlunu öldürüb. Bunun ardınca isə bıçaqla öz boğazını kəsərək intihar edib.

 

Hadisə qatilin həyat yoldaşının ailə üzvləri onların evinə gəldikdə aşkarlanıb. Qapını döymələrinə baxmayaraq, açılmadığını görən ailə üzvləri polisə müraciət ediblər. Hadisə yerinə gələn polis içəridə 3 nəfərin cəsədini aşkarlayıb.

 

Cinayətin ailədaxili münaqişədən qaynaqlandığı bildirilib. Polis təhqiqat aparır.

Şərh

Şərh

To Top