Bölgələr

Qəbələdə 25 yaşlı gəlin facebook sosial şəbəkəsində tanış olduğu dostu ilə qaçdı

Bu günlər rayonun Vəndam qəsəbəsində ailə üzvlərinin evdə olmadıqlarından istifadə edərək 25 yaşlı, iki uşaq anası başqasına qoşularaq qaçıb. Qaçdığı adamla, hələlik öz təsdiqini tapmayan məlumata görə, onun facebook sosial şəbəkəsində tanış olduğu ehtimal olunur.

Qadının həyat yoldaşının  verdiyi məlumata görə, onları evin yaxınlığında “Xammer” markalı maşın gözləyib.

Bunu yolun kənarında “banka-balon” satan uşaq da təsdiqləyib.

Qadının həyat yoldaşı daha sonra əməkdaşımıza bildirib ki, əvvəllər arvadının facebookda kiminlə isə yazışmasından şübhələnib. Amma bunun belə nəticə verə biləcəyini düşünməyib.
Hal hazırda qadının yaxın kəndlərin birində yaşayan atasının evində yaşadığı bildirilir. Onların da fikrini öyrənib dərc etmək fikrindəyik.(Qebelepress)

Şərh

Şərh

To Top