Samuxda avtomobil ağaca çırpılıb, iki nəfər ölüb

0
200

Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə-İmamzadə yolunun İnstitut qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətə olan “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin sürücü və sərnişini hadisə yerində ölüblər.

Ölənlərin 1958-ci il təvəllüdlü İlqar Zeynalov və Mahir Məmmədov olduğu bildirilir.

Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır

https://www.youtube.com/watch?v=wd2LQ1cFZ6M&feature=youtu.be

Şərh

Şərh