DÜNYA

Zalımın zülmü: Myanma ordusu indi də sərhədə mina döşəyir

Myanmar hökumətinin, baş verən şiddət hadisələri səbəbiylə Arakan- dan Banqladeşə qaçan Müsəlmanların geri qayıtmasını əngəlləmək üçün son üç gündə sərhəd zonasına mina basdırdığını iddia edilir.

Kanal15.Tv -xəbər verir ki, Banqladeş hökuməti Myanmaya məsələ ilə bağlı nota verəcək.

Reutersa danışan mənbələrdən biri, “Qüvvələrimiz sərhəddəki tikanlı məftillərin yanında zəminə bir şeylər yerləşdirən üç dörd qrup gördü. Bölgədəki mənbələrimizdən sərhədə mina yerləşdirildiyini öyrəndik” Mənbələr, mina döşəyən qrupların uniformalı olub olmadıqları haqqında məlumat verməyib, ancaq, insanların Rohingyalı üsyançılar olmadığına əmin olduqlarını bildirib.

Şərh

Şərh

To Top