Azərbaycan

Şəhid Əkbərli Hüseyn Zakir oğlunun 40-cı günü qeyd olunub

Kanal15.tv xəbər verir ki,bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlunun ölümünün 40-cı günü qeyd olundu.

Məclis şəhidin doğulduğu kənddə keçirilib.

Kənd əhalisi ilə yanaşı Cəlilabad rayonunun vəzifəli şəxsləri və şəhidin məzarını ziyarət etmək üçün qonaqlar mərasimdə iştirak ediblər.

Qeyd edək ki, iyulun 30-a keçən gecə və səhər saatlarında  Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhali və ərazilərimiz iriçaplı silahlardan intensiv atəşə məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

Düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu 1993-cü il təvəllüdlü Əkbərli Hüseyn Zakir oğlu şəhid olub.

Allah rəhmət eləsin.

 

Şərh

Şərh

To Top