DÜNYA

13 sentyabr son 108 ilin ən isti GÜNÜ OLACAQ

Bu ayın növbəti çərşənbə günü – 13 sentyabrda Moskvada rekord istilər qeydə alınacaq.

Meteoroloqlar bununla bağlı proqnoz açıqlayıblar.

Həmin gün temperatur 28 dərəcəyə yüksələ bilər ki, bu da sentyabr ayında Moskva üçün anomaliyadır. Çünki sonuncu dəfə 1909-cu ildə sentyabr ayının 13-də belə isti qeydə alınmışdı. Həmin gün temperatur 27.4 dərəcəyə yüksəlmişdi.

Moskvaya isti hava dalğası bu həftə sonundan daxil olacaq. Sentyabrın 9-da temperaturun 20 dərəcəyə yüksələcəyi, bazar günü 24 dərəcə olacağı gözlənilir.

Şərh

Şərh

To Top