DÜNYA

Urmu gölünü qurtarmaq üçün “Twitter Fırtınası”

Bir qrup ətraf mühit fəalı Urmu gölünü qurtarmaq üçün Twitter və İnstagram Fırtınası keçirməyə hazırlaşır.

 

Sosial şəbəkələrdə yayılan informasiyaya görə, kampaniya sentyabrın 8-i, Təbriz vaxtı ilə saat 22:00-da başlayacaq.

 

Gecə saat 24-dək davam edəcək Twitter və İnstagram Fırtınasında #SAVEURMULAK və #URMULAKE Hashtag-larından istifadə olunacaq.

 

Ətraf mühit fəallarının belə bir işə əl atmasının səbəbi İran rejiminin verilən bütün vədlərə baxmayaraq Urmu gölünün taleyinə laqeyd yanaşmasıdır.

 

Twitter və İnstaqram Fırtınası sözügedən sosial şəbəkələrdə ortaq bir kampaniyadır. Sosial şəbəkə fəalları digər istifadəçilərin diqqətini hər hansı mövzuya cəlb etmək üçün ortaq hashtagda məlumat paylaşırlar.

Şərh

Şərh

To Top