Bölgələr

Сənub bölgəsində ötən gecə baş verən küləyin və ildırımın fəsadları

Masallıda güclü külək ciddi fəsadlar törədib.

güclü külək və leysan yağışları nəticəsində 50 saylı yaşayış binasının dam örtüyünün bir hissəsi uçub. Nəticədə 5 avtomobil uçqun altında qalıb. Bu gün binanın dam örtüyü yenidən bərpa olunacaq. Hazırda ərazi ağır texnika və canlı qüvvənin köməkliyi ilə təmizlənir.

Bundan başqa güclü külək Masallı şəhərində beş ədəd iri gövdəli ağacı kökündən qoparıb, elektrik naqillərinə ciddi ziyan dəyib. 110 kilovatlıq yarımstansiyada baş verən qəza nəticəsində transformatorlar sıradan çıxıb.

Hazırda bir neçə kənd və rayonun bir hissəsi elektrik enerjisiz qalıb. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb.

Rayonun Adnalı kəndində qeydə alınıb. Rayon ərazisində güclü yağan yağışdan sonra güclü ildırım çaxıb. Nəticədə istifadəsiz qalan köhnə mağaza binası alovlanıb.

 

Dərhal Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərh

Şərh

To Top