İdman

PSJ-də növbəti qalmaqal: Neymar Emeri ilə işləmək istəmir

PSJ-nin baş məşqçisi Unai Emeri ilə komandanın aparıcı oyunçularından olan Neymarın münasibəti pisləşib.

bu barədə məlumatı Fransanın “Le Parisien” nəşri yayıb.

Narazılığın Neymar və Edinson Kavani arasındakı penalti söhbəti ilə başlandığı bildirilir. Braziliyalı futbolçu həmin məqamda baş məşqçinin onun tərəfini saxlamalı olduğunu düşünsə də, Emeri neytral mövqe tutmuşdu.

Bundan sonra isə Neymar ispaniyalı çalışdırıcının iş üslubunu tənqid edib. Bu məsələdə həmyerliləri – Daniel Alveş və Tiaqo Silva da Neymara dəstəkdi. Onların da Emeri ilə işləmək istəmədiyi bildirilir.

Qeyd edək ki, Neymar PSJ-yə yayda “Barselona”dan keçib.

Şərh

Şərh

To Top