İdman

Keyndən “Real”a 2 şərt

“Tottenhem”in hücumçusu Harri Keyn “Real”a keçməyə razılıq verib.
ingiltərəli forvardın bunun üçün şərtləri var.

Forvard ilk növbədə əsas heyətdə oynayacağına zəmanət istəyib. Belə ki, o, Kərim Benzema ilə rəqabət aparmaq fikrində deyil. 24 yaşlı oyunçunun digər tələbi isə uelsli hücumçu Qaret Beyldən çox maaş almaqdı. İstəyi reallaşarsa, Kriştianu Ronaldodan sonra “kral klubu”nda ən çox məvacib alan ikinci oyunçu olacaq.

Qeyd edək ki, “Real” Harri Keynin transferində maraqlı olsa da, ingilislər bu keçid üçün 200 milyon avro tələb ediblər.

Şərh

Şərh

To Top