İdman

Sərbəst güləş üzrə Azərbaycan yığmasının kapitanı beynəlxalq turnirdə gümüş medal qazanıb

Sərbəst güləş üzrə Azərbaycan yığmasının kapitanı CəbrayılHəsənov Rusiyanın Maxaçqala şəhərində 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Murad Qaydarovun şərəfinə həsr olunmuş beynəlxalq turnirdə ikinci yeri tutub.
C.Həsənov vaxtilə M.Qaydarovun yüksək nəticələr qazandığı 74 kq çəki dərəcəsində baş tutan yarışda finala qədər üç görüş keçirib. O, ilk görüşündə alnından zədələnsə də, mübarizəni sona qədər davam etdirib. Yarımfinalda Maqomed Xizriyevlə gərgin keçən görüş 12:12 hesablı bərabərliklə yekunlaşıb. Tətbiq etdiyi 4 xallıq fəndlə rəqibindən üstün olan C.Həsənov görüşü qalib başa vurub və finala yüksəlib.
Finalda Taciddin Akayevlə qarşılaşan Azərbaycan güləşçisi görüşün əvvəlində yenidən zədələnib. Bu dəfə ayağından xəsarət alan C.Həsənov görüşü davam etdirə bilməyib və turniri ikinci sırada tamamlayıb.

Şərh

Şərh

To Top