DÜNYA

Ərəbistanda kral dəyişir – Gələn həftə…

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz gələn həftə taxtı 32 yaşlı oğlu – vəliəhd şahzadə Məhəmməd bin Salmana təhvil verəcək.

bu barədə İngiltərənin “Deili Meil” nəşri kral ailəsinə yaxın mənbələrə istinadən informasiya yayıb.

Məlumata görə, Səudiyyə kralı Salman bin Əbdüləziz bundan sonra siyasətdə Böyük Britaniya kraliçası kimi bir rol oynayacaq və ancaq müqəddəs məbədlərin qoruyucusu kimi çıxış edəcək.

Xatırladaq ki, bir qədər əvvəl Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz hakimiyyətdən getməyəcəyini açıqlamışdı.

Şərh

Şərh

To Top