Show Biznes və Magazin

Əkizlərin çəkildiyi filmin ilk tanıtım videosu

Müğənnilər Sevil və Sevinc Səfərova bacılarının rol aldığı “Qızqaçıran” filminin treyleri yayımlanıb.

rejissorluğunu Rüfət Şahbazovun etdiyi ekran işi komediya janrındadır.

Ssenarini Fariz Əliyev, Kənan Yusif və Süleyman Süleymanzadə yazıb. Rollarda əkiz bacılarla yanaşı Fərda Amin, Kənan Yusif, Elşən Hacıbabayev, Hacı İsmayılov və başqaları çəkilib.

Çəkilişlər Bakıda, Abşeron yarımadasında, Qubada, Xızıda, Qaradağ rayonunda aparılıb.

“Qızqaçıran” yaxın günlərdə tamaşçılara təqdim olunacaq.

Şərh

Şərh

To Top