Azərbaycan

“Dəmirbank”ın 3 milyonunu mənimsəyənlər məhkəmə qarşısında

Mənimsəmədə təqsirləndirilən Dəmir Bank ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Fərəh Rəşadətli, Fariz Qarayev və Tamamgül Xanlarova ittiham üzrə özlərini qismən təqsirli biliblər.

Növbəti proses dekabrın 22-də davam edəcək.

Fərəh Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Fariz Qarayev və Tamamgül Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Cinayət işində 8 nəfər zərərçəkmiş var. Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinir.

Xatırladaq ki, Fərəh Rəşadətli “Dəmir Bank”ın filial müdiri olub, Tamamgül Xanlarova bankda xəzinədar vəzifəsində çalışıb. Fariz Qarayev isə bankın əməkdaşı olub.

Şərh

Şərh

To Top