DÜNYA

Keçmiş MTN generallarının məhkəməsində fasilə elan olunub

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri – general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər.
Onlar bəzi sənədlərin məhkəmə gətirilməsini tələb ediblər.
Məhkəmə vəsatətlərin bəzilərini qismən təmin edib, digərlərini isə təmin etməyib.
Prosesdə fasilə elan olunub.
Fasilədən sonra isə S.Qurbanovun vəkili Adil İsmayılovun yeni vəsatət qaldıracağı gözlənilir.
Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2015-ci ildə həbs edilib.

Şərh

Şərh

To Top