Show Biznes və Magazin

Xalq artisti pərəstişkarları üçün xoş sürpriz hazırlayacaq – VİDEO

Azərbaycanın xalq artisti Brilliant Dadaşova martın 3-də Heydər Əliyev Sarayında, ölkənin əsas səhnəsində çoxdan gözlənilən solo konserti ilə çıxış edəcək.

sarayın mətbuat xidmətindən verilən məlumata görə müğənni yeni və köhnə hitlərinin daxil olduğu proqramla çıxış etmək niyyətindədir. Təşkilatçılar konsertin bütün təfərrüatlarını hələlik açıqlamaq istəmir, çünki hazırlıqlar 2018-ci ildə başlanacaq. Hazırda müğənni yeni mahnılar yazdırmaqla məşğuldur.

Məlumat üçün bildirək ki, Brilliant Dadaşovanın musiqi karyerasına 1983-ci ildə bəstəkar Eldar Mansurovun mahnıları ilə başlayıb.O, Ümumdünya Gənclər Festivalında qələbəsindən sonra xalq mahnılarından ibarət albomunu buraxıb.

SSRİ-nin dağılması və Azərbaycanın müstəqillik əldə etməsi ilə Dadaşova Rusiyada solo konsertlərlə çıxış edərək Azərbaycanı təmsil edən ilk müğənni olub. Müğənni efirdə az-az çıxış edir, çünki hesab edir ki, yaradıcılıqla məşğul olmaq daha yaxşıdır. Dadaşova sonuncu dəfə 4 il əvvəl konsert proqramı ilə çıxış edib.

Aytən

Şərh

Şərh

To Top