Azərbaycan

Azərbaycanda partlayış hadisələri artıb – FHN

Bu ilin 9 ayı ərzində Azərbaycan ərazisində 11 611 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 992 hadisə və ya 9% çoxdur.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 257 nəfər xəsarət alıb.

Bu dövrdə nazirliyin xilasediciləri tərəfindən 95 nəfər xilas edilib, 925 nəfər təxliyə olunub.

9 ayda yanğın hadisələri zamanı 39 nəfər həlak olub, 165 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 10 nəfər və ya 34%, xəsarət alanlar üzrə 45 nəfər və ya 38% çoxdur.

Respublika ərazisində 59 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 17 hadisə və ya 40% çoxdur. Partlayışlar zamanı 13 nəfər həlak olub, 71 nəfər xəsarət alıb.

Şərh

Şərh

To Top