Show Biznes və Magazin

Vasif Məhərrəmli ailəsindən danışdı: “Sən cavan arvadını niyə ora çıxarırsan?”

Əməkdar artist Vasif Məhərrəmli ailəsini ekranda göstərən məşhurlara səslənib. məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan müğənni bildirib ki, heç vaxt ailəsini efirdə göstərməyəcək: “Televiziyadan evimə gəlirlər, deyirlər ki, yoldaşınız da bir kəlmə desin. Razılaşmıram. Buna görə də məni qınayırlar. Mən sənət adamıyam, camaata mən maraqlıyam. Mən bu söhbətləri arif insanlar üçün eləyirəm. Arif olmayanlar heç bizi dinləməsinlər. Daha sonra dedilər ki, qızınız Əfşanı çəkək. Mən də söylədim ki, Əfşan bəlli bir yaşına qədər, hətta bədii gimnastika paltarında çıxıb cürbəcür akrobatik hərəkətlər göstərirdi. Artıq elə vaxtı gəldi ki, 15 yaşı oldu. “Böyük dayaq” filmində belə bir söz var: “Qız ki, kəkil çıxartdı…” O sözdə böyük hikmət var. Yəni Rüstəm dayının dili ilə desək, o kəkili çıxartmağa doğru gedir. Artıq buna bədii gimnastika paltarı da olmaz. Efirdə görünmək də olmaz. Özünü narahat hiss edər. Arif Babayevin ailəsi ekranda görünsə, bu, böyük şərəfdir. Onun ailəsinə hamı böyük maraqla baxacaq. Amma sən cavan arvadını niyə ora çıxarırsan? Bəlkə səhv deyirəm?”.

 

Qeyd edək ki, Vasif Məhərrəmli 2 dəfə ailəli olub. Qızı Əfşan ilk, oğlu isə hazırkı ( 2-ci ) evliliyindəndir.

Şərh

Şərh

To Top