Show Biznes və Magazin

“Yeşilçam” ulduzu axtarışdadır

Polis “Afrodit” ləqəbli “Yeşilçam” ulduzu Banu Alkanı axtarır.

aktrisanın axtarışa verilməsinin səbəbi dələduzluqda ittiham olunmasıdır. Belə ki, bu yaxınlarda “Dünya güzellerim” verilişində müğənni Bülent Ersoy Banu Alkanla davası zamanı onunla bağlı bəzi sözlər söyləmişdi:

“İzmirdə Eylül Metinin kredit kartını alıb, pulunu çəkmisiniz”.

Bülentin bu sözlərinə aktrisanın cavabı “Elə şey olmayıb. Mən heç kimin pulunu yeməmişəm” desə də, Eylül deyilən şəxs məhkəməyə müraciət edərək “qəsdən dolandırma” ittihamı ilə Alkanı məhkəməyə verib. Eylül bu ödəmədən xəbərsiz olduğunu və Banunun onun kredit kartından çəkdiyi pulu vermədiyini deyib:

“Mənim xəbərim olmadan Banu Alkan üçün otellərin birində 7 min 200 lirə pul çəkilib. Pulu qaytarmasını istədim, etmədi. Otelə də müraciət etdim, heç nə eləmədilər. Polisə şikayət etdikdən sonra otelin məsul şəxsləri mənə zəng vuraraq üzr istədilər və pulumu qaytardılar”. Məhkəmə Türkiyədə olmayan Banu haqqında tutulma əmri verib.

Şərh

Şərh

To Top