DÜNYA

ATƏT sədri: “Təşkilat məkanında etimadı bərpa etmək zəruridir”

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Avropada təhlükəsizlik və əməkdaşlığın qurulmasına töhfəsini verə bilər.”
bu barədə ATƏT-də sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.
“ATƏT məkanında münaqişələrin həlli məsələsində bu il müsbət irəliləyişlər olub, xüsusilə təşkilat bu ölkələrin münaqişələrdən əziyyət çəkən əhalisinə dəstək göstərib”, – diplomat deyib.
Onun sözlərinə görə, ATƏT görüşlər təşkil edərək və sahə missiyalarını həyata keçirərək, unikal bir platformaya çevrilir: “ATƏT məkanında etimadı bərpa etmək zəruridir”.
Bundan başqa, S.Kurts bütün ölkələrə təhlükə mənbəyi olan radikalizm və terrora qarşı mübarizənin əhəmiyyətini vurğulayıb.

Şərh

Şərh

To Top