İdman

“Roma” “Qarabağ”a qol vuran futbolçu ilə yeni müqavilə bağlayıb

İtaliyanın “Roma” klubu Çempionlar Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ”la matçda qələbə qolunun müəllifi Dieqo Perotti ilə müqavilənin müddətini uzadıb.
29 yaşlı argentinalı yarımmüdafiəçi ilə 2021-ci ilin iyununa qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, D.Perotti 2016-cı ilin yanvarında “Cenoa”dan “Roma”ya keçib. O, dekabrın 5-də İtaliyada “Qarabağ”a qarşı matçın 53-cü dəqiqəsində komandasına qələbə qazandıran yeganə qolun müəllifi olub.

Şərh

Şərh

To Top