30 yaşlı kişi qatar yoluna yıxıldı – Metroda

0
50

Bu gün saat 12:15 radələrində Bakı metrosunun “Nəsimi” stansiyasında bir nəfər stansiya yoluna yıxılıb. Bakı Metropoliteninin mətbuat xidmətindənHəzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatardan düşən 1987-ci il təvəllüdlü Paşayev Oktay Nazim oğlu digər xəttin stansiya yoluna düşüb. Həmin vaxt stansiyada qatar olmayıb.

Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb. İşə getdiyini bildirən Paşayev Oktay başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib.

Şərh

Şərh