Qışın ən dadlı yeməyi XAŞIN hazırlanması – VİDEO

0
34

Bu dəfə sizə qışın ən dadlı yeməklərindən sayılan xaşın hazırlanmasını təqdim edirik:

Malın ayaqlarını tükdən təmizləmək üçün oda tutmaq lazımdır. Bir neçə dəfə isti suda bıçaqla qaşıyaraq yuyulur. Sonra oynaqlardan bölünür. Doğranmış ayaqların üzərinə su tökərək axşamdan qazın üzərində zəif temperaturda qaynadılır. Xaşın kəfi yığıldıqdan sonra mətləşənə kimi qaynadılır.

Xaşın pis qoxusunu aparmaq üçün 1 orta ölçüdə soğanı qaynayan qazana atın, 15-20 dəqiqədən sonra çıxarın.

Xaşın suyunun daha şəffaf olması üçün isə qazana 1 kök atın və yenə 15-20 dəqiqədən sonra çıxarın.

Xaş bişənə yaxın içinə 1 dilim qurudulmuş çörək atın, 15 dəqiqəyə sonra çıxarın.

Xaşı süfrəyə sirkə və sarımsaqla verilir.

Həkimlər bu yeməyi adətən sümük zəifliyi olanlara məsləhət görürlər. 

 

Şərh

Şərh