Bakıda 44 yaşlı kişi özünü tut ağacından asdı

0
56

Bakıda intihar hadisəsi olub.

Məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Yavər Həsənov küçəsində baş verib.

Həmin küçənin sakini, 1973-cü il təvəllüdlü Nəbiyev Allahverdi Qədir oğlu özünü yaşadığı evin həyətindəki tut ağacından asıb. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb

Şərh

Şərh