Cəlilabadda məktəbli uşaqlar itkin düşüb

0
57

Cəlilabad rayonunda 7-ci sinif şagirdləri itkin düşüb.
Cəlilabad şəhər sakinləri, 14 yaşlı İsmayıl Mətləb oğlu Əmənov, onun həmyaşıdı və qonşusu Xalid Altay oğlu Əliyev ötən gün səhər saatlarında dərsə getmək adıyla evdən çıxıb, bir daha geri qayıtmayıblar. Artıq doğmaları tərəfindən bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib.
Qeyd edək ki, itkin düşən məktəblinin hər ikisi Cəlilabad şəhər 7 saylı tam orta məktəbinin 7-ci sinif şagirdləri olub.

Şərh

Şərh