Gömrükçülər yuyucu vasitənin içində “Tramadol” aşkar edib

0
46

Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsində İrandan piyada gələn Azərbaycan vətəndaşının əl yükü rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.
Əl yükünə baxış zamanı, yuyucu vasitənin içində, istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1 491 ədəd olan “Tramadol” adlı dərman preparatı aşkar edilib.
Xatırladaq ki, “Tramadol” Azərbaycanda müvafiq qanunla təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir və aşkar olunan 1 491 ədəd tramadolun təsiredici maddəsinin ümumi miqdarı 298,2 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.

Şərh

Şərh