Bayram günlərində 25 qəza: 6 ölü, 32 yaralı…

0
106

Bayram günlərində Azərbaycan ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Kanal15.TV Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, son 3 gündə respublikanın avtomobil yollarında 25 yol-qəza hadisəsi qeydə alınıb. Nəticədə 6 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Qeydə alının qəzalardan 4-ü Bakı şəhərində baş verib. Həmin qəzalarda 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Şərh

Şərh