“Sehirli baş daşı”-Elşad Əmənov

0
312

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qüreyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.
2017 -ci ilin oktyabr ayının 4-də yeni məzarlığın aşkar olunması haqqında xəbəri eşitdim. Səhəri gün günortadan sonra həmin yerə baxmalı oldum.
Gördüyüm ərazi şumlanmışdı. Sahənin sahibi şum zamanı üzə çıxan, tikələnmiş məzar daşlarını yerin kənarına toplamışdı. Məzar daşlarının üstündəki işarə və şəkilləri görcək mənə xəbər göndərmişdi.
Yer sahibi ilə görüşəndən sonra əraziyə getdik. Gördüyüm mənzərə məni kədərləndirsə də, şəkilli və işarəli məzar daşlarını görcək bir az sakitləşdim. Mədəni təbəqənin qarışmasına baxmayaraq, bir – çox arxeploji nümunələr obyektin tarixi əhəmiyyətini müəyyən etməyə kömək idi.
Yağış yağmasa da sərt soyuq külək sərbəst hərəkət etməyimizə mane olurdu. İlk baxışdan onu bildim ki, ərazi köhə məzarlığın yeridir. Baş daşları, qəbirlərin ətrafına hörülmüş daşlar, tünd qırmızı rəngli kərpiclər kotanın ağzında torpaq üzərinə çıxaraq nizamsız halda səpələnmişdilər. Kərpiclər quruluşuna görə iki formada ( düzbucaqlı və kvadrat ) idi. Düzbucaqlı kərpiclər 10 sm.x23 sm. (qalınlığı 7 sm.), kvadrat formalı kərpiclərin tərəfi 21 sm. (qalınlığı 6,5 sm ) idi. Mən məzar daşları üstündəki şəkillərin və işarələrin foto-surətini çəkəndən sonra 2 kərpic, 1 səkkiz guşəli ( sınmış ) daş, üstündə şam (parafin) olan ağ daş hissəsini ( və ya kristallaşmış məhlul ) götürüb özümlə evə gətirdim. qalan əşyayi-dəlillər pərakəndə halda sahədə qaldı. Elə həmin gün şəkilləri nəzərdən keçirib, məzarlığın hansı tarixi dövrə aid olduğunu müəyyənləşdirməyə başladım. 1) İlk olaraq onu qeyd etməliyəm ki, Burovar sıra dağlarında olan “Qazan köşkü”, “Qız qalası”, və “Oğlan qalası”nın tikintisində həmin formalı və rəngli kərpiclərdən istifadə olunub. 2) Məzarlıqdan tapılan çoxsaylı kərpiclər, parafinləşdirilmiş ağ daşın olması məndə belə yəqinlik yaratdı ki, həmin yerdə yeraltı sərdabə və ya xüsusi qayğı ilə dəfn olunmuş şəxsə aid məzar var… 3) Parafinləşdirilmiş kristal lövhənin olması faktını hesab edirəm ki, qəbirdə dəfn olunanı yağış suyundan və istinin çoxluğundan qorumaq məqsədi ilə istifadə ediblər. 4) 2-ci və 3-cü fikirlərim əsasında söyləyə bilərəm ki, burada dövrünün məşhur adamlarından biri dəfn olunub… ola bilsin ki, qəbri axtarılan tarixi şəxsiyyətlərdən və ya elm adamlarından birinə məxsus qəbirdir. 5) Maraqlı faktlardan biri də baş daşı üstündə olan qoşa ayaq izləridir. Həmin ayaq izləri xüsusi xarakterik xüsusiyyətə malikdir. Dünyanın müxtəlif yerlərində belə izlərə rast gəlinsə də Cəlilabad ərazisində aşkarlanan məzar daşı üstündəki ayaq izləri arxeologiya tarixində ilk hadisədir. 6) Ayaq izləri düzbucaqlı üçbucağın daxilində olan düzbucaqlı trapesiyanın mərkəzində yerləşir. 7) Ayaq izlərinin pəncə hissəsi cənub istiqamətdə olanda daha aktiv formaya düşür. Yəni, ayaq izlərində qabarma və çökmə prosesi aktivləşir.
8) Məzarlıqda olan baş daşlarının bəzilərində yazı-işarələr, bəzilərində dairə içərisində yazı və ya şəkillər var.
Tapılan məzar daşı üstündəki ayaq izləri maraqlı olduğu qədər ciddi araşdırmaya ehtiyacı olan nadir arxeoloji tapıntılardan biridir. Ayaq izlərinə ilk halında olduğu vəziyyətdə baxan zaman onda baş verən dəyişikliyi hiss etdim. Sonra bu hadisə təkrarlanmağa başladı. Ayaq izləri gah qabarıq, gah da çökək halında olmaqla vəziyyətini dəyişirdi… Yarım saatdan sonra şəkili yenidən ekrana qoydum. Gördüyüm hadisə təkrarlandı… Elə güman etdim ki, proses kompyuterin “müdaxiləsi”ndən yaranır. Bir-iki gün ara verdi. Ayaq izlərinin foto-surətini çıxartdırdım.Bundan sonra telefonun, kompyuterin ekranlarında və foto – surətdə şəkildə olan qabarma və çökmə yenə oldu… Ayaq izlərinin periodik olaraq görkəmini dəyişməsi məni daha ciddi araşdırmalar aparmağa sövq eti. Tarixi tədqiqatlarda tutarlı izahlara rast gəlmədiyim üçün, dini hədislərə müraciət etməli oldum. Əldə etdiyim iki məlumat tarixi dövr baxımında ən qədim materiallar kimi daha münasib oldu… 1) İ d r i s p e y ğ ə m b ə r h a q q ı n d a h ə d i s… 1) Bəzi məlumatlarda 6-cı, bəzilərində 3-cü peyğəmbər (Adəm, Şis, İdris ). 2) Məlumatlara görə 72 dildə danışa bilib. 3) 30 səhifəlik kitab göndərilib. 4) 100 şəhər qurub. 5) Babildə anadan olub,orada yaşayıb. 6) Babildə anadan olub, sonra Misirə köçüb. 7) Göylərin tərkibini, ulduzlar sistemini bilib 8) Qələmlə yazı yazan ilk insan olub. 9) İnsanlara elm öyrədib. 10) Paltar geyinən, iynə ilə tikiş tikən, hesab elmini bilən olub. 11) İnsanlar İdris peyğəmbəri sevib, hörmətini gətiriblər. Ona qarşı müxalif qüvvə olmayıb. 12) Bütpərəstlik İdris peyğəmbərdən sonra yaranıb… İdris peyğəmbər Allaha müraciət edir ki, yaratdığın cənnət və cəhənnəmi görmək istəyirəm… Allah ona icazə verir. O, cəhənnəmi görür, cənnəti gəzir. Məqamı çatanda cənnətdən çıxmalı olur. Gözətçi qapını açır ki, peyğəmbər çölə çıxsın…Qapıdan çıxan zaman peyğəmbər ayaqqabılarını çıxarıb ayağıyalın çölə çıxır. Gözətçi qapını örtmək istəyəndə peyğəmbər deyir :-ayaqqabılarım yadımdan çıxıb içəridə qalıb… icazə ver onu götürüm… Gözətçi icazə verir. İdris peyğəmbər yenidən cənnətə daxil olur… Bu söylənilən hədis məzar daşı üzərində ayaq izləri və ya qoşa ayaqqabı haqqında məlum olan ən qədim məlumatdır. Hadisəni gerçək olub-olmaması müzakirə mövzusu deyil. Əsas məsələ bu simvolların hansı tarixi köklərə bağlı olduğunu müəyyən etməkdir. Bu baxımdan ayaqqabı cənnətə daxil olmaq anlamını daşıyır. Zaman keçdikcə, bu fikir (kütləvi olmasa da) insanların düşüncəsində bir simvol kimi qərarlaşıb.
2.Q u r a n. T a – h a – 12. ” Həqiqətən mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki, sən müqəddəs yerə qədəm qoymusan”. Quranda Tuva vadisi haqqında iki dəfə söz deyilir. Tuva Misirdə Sina yarımadasında yerləşir. Musa məhz burada yanar ağaca yaxınlaşmış, Allahdan söz eşitmişdir… Müqəddəs yerə daxil olan zaman ayaqqabıların çıxarılması kimi hərəkət sonradan adət halına gəlir. İnsanların ocaq və pirlərə, məscidlərə gedən zaman ayaqqabılarının çıxarılması adəti bu gün də davam etməkdədir. Qoşa ayaq izləri haqqında mövcud olan əsas və tarixən daha qədim fikirlər bunlardır.
Baş daşındakı ayaq izlərinin x a r a k t e r i k xüsusiyyətləri. 1) Ayaq izləri düzbucaqlı üçbucağın daxilində olan düzbucaqlı trapesiyanın xətləri arasında yerləşir. 2) Ayaq izlərinin pəncə hissəsi cənub istiqamətində olanda daha aktiv hala gəlir. 3) Ayaq izləri bir simvol kimi baş daşının yuxarı və ya aşağı hissəsində deyil, aşağı, sağ küncündə yerləşir. 4) Baş daşının torpaqüstü hissəsi tam olaraq müxtəlif bucaq formalarında (iti, kor, açıq bucaq formalarında) dişənib.
Eyni yerə aid olan Əlavə tapıntılar 1) Kristal halında olan parafinləşdirilmiş boz rəngli daş . 2) Dairəvi formada olmaqla insan sifət cizgilərinə oxşar baş daşına həkk olunmuş sluyet. 3) Hərf – işarəli baş daşı. 4) Dairəvi formada altı və səkkiz guşəli daş hissələri. 5) Düzbucaqlı və kvadrat formalı tünd qırmızı rəngli kərpiclər. İlk əvvəl qeyd edim ki, düzbucaqlı və kvadrat formalı tünd qırmızı rəngli kərpiclərdən “Qazan köşkü”nün, “Qız qalası”nın, “Oğlan qalası”nın tikintisində də istifadə olunub. Həm kərpiclərin, həm də kristallaşmış məhlula aid nümunələrin , qeyri – adi hazırlanmış baş daşının tapılması orada yeraltı sərdabənin və ya xüsusi quruluşa malik qəbrin olduğuna işarədir.
Qoşa ayaq rəmzinin mənası.
Ayaqqabı simvol kimi dini mahiyyət daşıyır. Onun tarixi kökləri İdris peyğəmbələ və Musa peyğəmbərlə bağlıdır. Mənası Allah məqamına yaxın olmaq, cənnətə qovuşmaqdır. Bu fikir elmi olmasa da fanat düşüncənin məntiqi nəticəsi kimi başa düşülməlidir. Deyimlərimizdə olan “Öləsən – ola ayaqqabıların baş daşı ” ifadəsi bu mənada qarğış kimi deyil, alqış kimi başa düşülməlidir.
Ayaq izlərində h ə r ə k ə t l i y i n sirri .
Ayaq izlərinin dövri olaraq görkəmini dəyişməsi baş daşının materialından və sənətkarın qabiliyyətindən asılıdır. Çox güman ki, daşın tərkibində kvars qum dənəcikləri var. Kvars qum dənəcikləri işıq şüası altında parıltılığını gah artırır, gah azaldır. Bu da ayaq izlərinə enmə və qabarma görkəmi verir. Eyni zamanda, havanın temperaturu da bu prosesin əmələ gəlməsinə təsir edir.
Qeyd edim ki, Hindistanda, Malaziyada, İngiltərədə, Meksikada və digər ərazilərdə sirri hələ də açılmamış şəkil və heykəllər var. Həmin şəkillərdən bəzilərinin göz qapağı açılır-örtülür, bəzi heykəllərin əl barmaqları hərəkətli olur, bəzi heykəllər yerində 360 dərəcə fırlana bilir… Onların tarixi 2000 ildən də qədimmdir. Bu nadir sənətin sirri ta qədimdən insanlara məlum olub. Belə sənət nümunələrindən birinin də Azərbaycan ərazisində tapılması tariximizin unikallığından xəbər verir. Təbii ki, fəxr edəcəyimiz bir hadisədir !!! Ümid edirəm ki, AMEA bu hadisəyə öz münasibətini bildirəcək.

Şərh

Şərh