Yaponiya Mərkəzi Bankı monetar siyasətini sərtləşdirir

0
13

Yaponiya Mərkəzi Bankı (BoJ) dövlət istiqrazlarının alış proqramına dəyişiklik edib.
BoJ 10-25 illik dövlət istiqrazlarının alış həcmini 10 mlrd. yen (88,39 mln. dollar) və ya 5% azaldaraq 190 mlrd. yenə (1 679 mln.dollar), 25-40 illik istiqrazlarının alış həcmini 10 mlrd. yen (88,39 mln. dollar) və ya 11,1% azaldaraq 90 mlrd. yenə (795,5 mln. dollar) endirib.
“MarketWatch” maliyyə xəbərləri və konsaltinq şirkəti BoJ-un qərarını monetar siyasətin bir qədər sərtləşdirilməsi kimi qiymətləndirib.
Qərardan sonra Yaponiyada ABŞ dollarının məzənnəsi zəifləyib və 113,09-dan 112,62-ə enib. Yaponiyanın “Nikkei 225” fond birjası indeksi 0,6% artım göstərib.
Həmçinin Yaponiyanın 10 illik istiqrazlarının faiz dərəcəsi 1 baza bəndi artaraq 0,065%-ə, 30 illik istiqrazlarının faizi isə 1,5 baza bəndi artaraq 0,83%-ə çatıb.

Şərh

Şərh