Azərbaycanda BİR İLK: mağarda FİLM TƏQDİMATI – FOTO

0
33
Dünən Cinema Plus Azərbaycanda “Yoxdu belə söhbət” filminin təqdimat mərasimi baş tutub.

Azərbaycanda ilk dəfə filmin qala gecəsi üçün kinoteatrın qarşısında xüsusi mağar qurulub. Filmin təqdimatından əvvəl “Dədə-Baba” qrupu mağara toplaşan qonaqlar üçün mahnılar ifa edib.

Romantik-komediya janrında çəkilən film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalıdır. Ekran işində rolları Günəş Mehdizadə, Həsən Ağa, Emil Məcnunov və Tünzalə Qəhrəman canladırıb.

Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir.

Filmin rejissoru Rüfət Həsənov, ssenari müəllifləri Kamal Həsənov, Rüfət Həsənov, Asif Rüstəmov, bəstəkarı “Dihaj”dır.

Qala gecədə yaradıcı heyətlə birlikdə aparıcı Hüsniyə Məhərrəmova, aktyor Kamran Ağabalayev və başqaları iştirak edib.

 

Şərh

Şərh