Bayılda söküntü işləri zamanı ev sakininin başına kərpic düşüb

0
40

Bakı şəhəri, Səbail rayonunda söküntü işləri zamanı ev sakininin başına kərpic düşüb.
Hadisə rayonun Bayıl qəsəbəsində qeydə alınıb.
Belə ki, 1986-ci il təvəllüdlü Hacıyev Asif Qurban oğlu evinin həyətyanı sahəsində durarkən yaxınlıqdakı evlərin söküntü işi aparılırmış. Söküntü zamanı kərpic onun baş nahiyəsinə düşüb. Nəticədə A.Hacıyev kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Şərh

Şərh