Böyük Britaniya Culian Assanja diplomatik status verməkdən imtina edib

0
28

Böyük Britaniya Xarici İşlər Nazirliyi Ekvador hökumətinin “WikiLeaks”in yaradıcısı Culian Assanja diplomatik status verilməsi ilə bağlı tələbini rədd edib.
Bu qərar “WikiLeaks”in yaradıcısı, 5 ildən çoxdur Londondakı Ekvador səfirliyində yaşayan Assanjın bu yaxınlarda Ekvador vətəndaşı olması ilə bağlı xəbərlərin yayılması fonunda qəbul edilib.
Diplomatik status əldə edəcəyi təqdirdə Assanj müəyyən toxunulmazlıq qazana və həm Ekvador səfirliyini, həm də Böyük Briyaniyanı həbs olunmadan tərk edə bilər.

Şərh

Şərh