Fransalı yazıçı: “Azərbaycana məxsus Qarabağ atlarının tarixi vətəni işğal altındakı Qarabağ torpaqlarıdır”

0
14

Fransalı yazıçı-publisist, “Qarabağ atı” kitabının redaktoru Jan-Lui Quro “Report”un Qərbi Avropa bürosuna müsahibəsi:
– Qarabağ atları ilə bağlı ilk məlumatı haradan əldə etmisiniz? Necə oldu ki, bu atlara maraq göstərməyə başladınız?
– Qarabağ atları haqqında XIX əsrdə Çar Rusiyası dövründə nəşr olunmuş atlarla bağlı bir kitabda oxumuşdum. Daha sonra SSRİ-yə səfərim zamanı rus atları ilə yanaşı, Mərkəzi Asiya, Qafqaz atları və Cənubi Qafqazın ən yaxşı atı hesab olunan Qarabağ atlarına rast gəldim.
Hələ Sovet İttifaqı dövründə Qarabağ atları azalmaq təhlükəsi ilə üzləşmişdi. Daha sonra təəssüflər olsun ki, Azərbaycanın müstəqilliyinin itkilər, faciələrlə başa gəldiyini eşitdim, Dağlıq Qarabağın işğal olunmasından, azərbaycanlıların doğma dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qaldıqlarından xəbər tutdum. Təbii ki, belə bir şəraitdə onsuz da azalmaqda olan Qarabağ atlarını yaxşı heç nəyin gözləyə bilməyəcəyini fikirləşdim. Bir neçə il bundan əvvəl Çövkən oyununun YUNESKO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na salınması məsələsinin müzakirəyə çıxarıldığını eşitdim. Azərbaycanın namizədliyinin təqdim edildiyi sessiyaya qatılmaq üçün Bakıya dəvət aldım. Çövkən oyununun YUNESKO tərəfindən yüksək qiymətləndirilməsi məni çox sevindirdi, hətta Fransa atçılığı da bu siyahıya daxil edilmişdi. Azərbaycana səfərim zamanı düşündüyümün əksinə olaraq Qarabağ atlarını yaşatmaq naminə böyük işlərin həyata keçirildiyinin şahidi oldum.
– Qarabağ atlarına məxsus xüsusiyyətlər hansılardır?
– Gözəllik, hərəkətlərindəki eleqantlıq və elastiklik. Onlarda bir aristokratlıq var.

Şərh

Şərh