Keçmiş MTN generalarının məhkəməsində təqsirləndirilən şəxslər ifadə veriblər

0
38

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri – general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Ağaisə Mahmudovun epizodu üzrə təqsirləndirilən Natiq Alıyev və Füzuli Əliyev ifadə veriblər.
Daha sonra qapalı epizod üzrə də dindirilmələr olub.
Prosesdə təqsirləndirilən Sübahir Qurbanovun vəkili Adil İsmayılov vəsatət qaldırıb. O, cinayət işində adı olan əlavə şahidlərin məhkəməyə gətirilməsini tələb edib.
Dövlət ittihamçısı vəsatətin müzakirəsi üçün məhkəmədən vaxt istəyib. Vəsatət növbəti iclasda müzakirə ediləcək.
Hazırda məhkəmə prosesində fasilə elan olunub.
Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri – Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs olunublar.

Şərh

Şərh