Məşhur xanım aparıcıdan İNANILMAZ SÖZLƏR: “Xəyanət etməyən kişi çox darıxdırıcıdır” – MÜSAHİBƏ

0
151
Hüsniyyə Məhərrəmova “Üç nöqtə” layihəsinin yarımçıq bəndlərinə gözlənilməz cavablar verib.

– İndiki ağlım olsaydı…

– Ağlım həmişə eyni səviyyədədir, deyə bilmərəm ki, nə isə dəyişib.

– Zəmanət verə bilərəm ki…

 Heç nəyə zəmanət verə bilmərəm.

– Dünyanı dəyişmək imkanım olsaydı…

– Dünyaya sülh bəxş edərdim.

– Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə…

– Bu barədə fikirləşmirəm, çünki onu elə də yaxşı görmürəm.

– Kişilər o qadınlara xəyanət etmir ki…

– Yəqin ki, qadına xəyanət etməyən kişi çox darıxdırıcıdır.

– Seviləsi qadın olmağın ilkin şərti…

– Hər xanımın, ümumiyyətlə, hər insanın xarakteri fərqlidir. Belə bir fikir var ki, hər məhsulun öz alıcısı olur. Odur ki, sevilməyən qadın yoxdur. Loru dildə desək, ola bilsin ki, sadəcə o xanım hələ öz “alıcısı” ilə qarşılaşmayıb.

– Qadınlar yaşını ona görə gizlədir ki…

– Ətrafımda yaşını gizlədən qadınlar yoxdur. Yaş məsələsi mənim üçün heç vaxt kompleks olmayıb, 36 yaşım var.

– Qadına qarşı şiddət…

– Əlbəttə ki, pisdir.

– Vicdanıma and olsun ki…

– İmkanım olsaydı, dünyanı dağıdardım.

– Təəssüf edirəm ki…

– Dünyanı dağıda bilmirəm (gülür).

– Vanqa nənə ilə görüşsəydim…

– Heç nə soruşmazdım. Vanqa olmasa da, başqa bir adamdan öz gələcəyim haqqında soruşmaq imkanım olub, amma heç nə soruşmadım. Sabahımı bilicəyəmsə, onda niyə yaşayıram ki? Bu, çox darıxdırıcı olar.

– Küsülü olduğum insana demək istəyirəm ki…

– Get hoppan.

– Ən böyük səhvim o olub ki…

– Ən böyük səhvim hələ olmayıb. Qarşıdadır.

– Tənhalıq insan üçün lənətdir, yoxsa…

– Tənha yaşayan adamın həyatı çox maraqsız olar.

– Kiminsə yalan danışdığını hiss edəndə…

– Elə həmin an o adamın üzünə deyirəm ki, mənə danışırsan. Çəkinmirəm.

– Allah insanları ona görə qeyri-bərabər yaradıb ki…

– Dünya daha maraqlı olsun.

– Günahlarım yadıma düşəndə…

– Siyahı tuturam.

– Övladlarıma ən çox onu məsləhət görürəm ki…

– Günahları da, səhvləri də çox ola bilər, lakin əsas odur ki, mənalı ömür yaşasınlar.

– İlahi ədalətə inancımı o zaman itirdim ki…

– Həyatda heç nə eyni ola bilməz axı. Bəzən ədalətsizliklə qarşılaşırıq, bəzən də ədalətin öz yerini tutduğunun şahidi oluruq. Ümumilikdə ədalətin var olduğuna inanıram.

– Heç vaxt heç kimə icazə vermirəm ki…

– Heç kimə nəyisə qadağan etmək olmaz, hamıya hər şeyi icazə verirəm. Amma kimsə mənə qarşı xoşagəlməz addım atıbsa, onunla mübahisəm bundan sonra başlayır.

– O zaman düşünmədən riskə gedirəm ki…

– Həmişə riskə gedirəm, adrenalin və həyəcan hissindən zövq alıram.

– Hər dəfə çıxılmaz vəziyyətə düşəndə…

– Bütün çıxılmaz vəziyyətlərin bir çıxış yolu var. Onu axtarıb tapmaq insanın özündən asılıdır.

– Yaxşı gündə, pis gündə…

– Valideynlərim hər zaman yanımda olsun.

– Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik.

– Minnətdaram.

 

Şərh

Şərh